“Proqramda heç bir dəyişiklik nəzərdə tutulmayıb”
Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 4-də xalqa və ölkə parlamentinə müraciət edəcək. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə Prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.
O, bildirib ki, proqramda heç bir dəyişiklik nəzərdə tutulmayıb: “Planlaşdırıldığı kimi, avqustun 30-da parlamentin hər iki palatası sessiyalarını açıq elan edəcək. Növbəti gün isə dövlət başçısı parlamentə və xalqa müraciət edəcək”.
Qeyd edək ki, Belarusda prezident seçkisi avqustun 9-da keçiriləcək.