“Mitsubishi” markalı pikap yoldan çıxaraq aşıb
Mayın 23-də günorta saatlarında Ermənistanın Tavuş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. AYNA.AZ “Shamshyan.com”a istinadən xəbər verir ki, bu gün saat 12:30 radələrində Dilicandan Haqartsin monastırına gedən magistralda “Mitsubishi” markalı pikap məlum olmayan şəraitdə yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər yerindəcə ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Dilican Tibb Mərkəzinə yerləşdirilib.
Saytın məlumatına görə, ölən və yaralananlar Milli Parkda işləyiblər. Ölən şəxs ölkənin Baş naziri Nikol Paşinyanın qohumudur.