Türkmənistan ikipalatalı parlament sisteminə keçir
AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, Türkmənistan ali nümayəndələr orqanı “Xalq Məsləhəti”nin ikinci iclasında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ikipalatalı sistemə keçidi məqsədəuyğun hesab edib.
Türkmənistan Prezidenti bununla əlaqədar zəruri qanunvericilik prosedurlarının icra edilməsi üçün fərman da imzalayıb.