Maduro: “İfrat sağçı qruplar seçkilər öncəsi Venesuelaya muzdlu əsgərlər göndərir”

Dünya

23.05.2025 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

"Faşist qrupları muzdlu əsgərlər göndərdi və bu gün biz ölkədə zorakılıq dalğası yaratmaq niyyətində olan 50-dən çox muzdlu əsir götürdük"

“İfrat sağçı qruplar parlament və regional seçkilər ərəfəsində ölkədəki vəziyyəti çətinləşdirmək üçün Venesuelaya muzdlu əsgərlər göndərir”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro seçki kampaniyasına yekun vuran mitinqdə deyib.

"Faşist qrupları muzdlu əsgərlər göndərdi və bu gün biz ölkədə zorakılıq dalğası yaratmaq niyyətində olan 50-dən çox muzdlu əsir götürdük", - Maduro bildirib.

Prezident seçkilərin hazırlığı və keçirilməsi zamanı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə “Respublika” əməliyyatını həyata keçirdikləri üçün silahlı qüvvələri və polisi təbrik edib. Bazar günü keçiriləcək seçkilərdə "Sülh və qələbə son səsə qədər təmin edilməlidir", - Maduro vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş