Andrey Kelin: "London Qara dənizdəki Rusiya donanmasını sıxışdırmağa çalışır”
Böyük Britaniya Qara dənizdə Rusiya donanmasının imkanlarını məhdudlaşdırmaq üçün Ukrayna Hərbi Dəniz Qüvvələrinə yardım edir. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.
"London Qara dənizdəki Rusiya donanmasını sıxışdırmağa çalışır. Baxmayaraq ki, bu regionda güc balansı əhəmiyyətli dərəcədə bizim xeyrimizədir", - diplomat vurğulayıb.
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev Estoniyanın şübhəli gəmilərə hücum qərarının arxasında Böyük Britaniyanın ola biləcəyini bildirmişdi.