“Sazişin hazırlanması Rusiya, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli görüşlər sayəsində mümkün olub”
Rusiya Azərbaycan və Ermənistana sülh sazişinin imzalanmasında uğurlar arzulayır. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
Nazir rəsmi Moskvanın bu prosesin inkişafı üçün ölkələrə yardım etməyə hazır olduğunu bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır. Biz onlara səmimi qəlbdən bu işdə uğurlar arzulayırıq. Aydındır ki, sazişin hazırlanması Rusiya, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli görüşlər sayəsində mümkün olub. Əgər hər iki tərəf bunda maraqlı olarsa, biz bundan sonra da yardım etməyə hazırıq", - Lavrov bildirib.