Müzakirələr Oman səfirinin iqamətgahında keçirilir
İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün İran və ABŞ arasında danışıqların beşinci raundu İtaliyanın paytaxtı Romada başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilib ki, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edir.
ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, İran nümayəndə heyətinə isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi və Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Beqayi daxildir.
Müzakirələr Oman səfirinin iqamətgahında keçirilir. Danışıqlarda vasitəçi qismində Omanın xarici işlər naziri Bədr əl-Busaidi çıxış edir.