Meksika həbsxanası yandı: <font color=red> üç ölü, yeddi yaralı</font>

Dünya

16.08.2019 - 07:32

Qəsdən yandırıldığı güman edilir

 

Meksikanın paytaxtı Mexikonun İstapalapa  rayonunda həbsxanada yanğın olub. AYNA "qafqazinfo"-ya istinadən xəbər verir ki, kameraların birində baş vermiş yanğında 3 nəfər ölüb, 7 nəfər yaralanıb. İnsidentə məhkumlar arasında çıxan mübahisə səbəb olub.

 

Kameranın bilərəkdən yandırıldığı güman edilir.

Müəllif: Ayna.az