PKK terrorçularından gecə basqını

Dünya

10.09.2019 - 18:09

ASO hücumları ilk həmlədə dəf etməyi bacarıb

 

Sentyabrın 9-u gecə YPG və PKK terrorçularından ibarət bir qrup dəstə Suriyanın Azez rayonuna növbəti dəfə hücum edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, terrorçular, həmçinin Tel-Rifat şəhərində və Azad Suriya Ordusuna (ASO) məxsus olan ərazilərdə bir neçə dəfə ağır silahlardan istifadə ediblər.

 

Lakin ASO terrorçular tərəfindən edilən hücumları ilk həmlədə dəf etməyi bacarıb. Buna baxmayaraq, qarşıdurma əsnasında ASO-nun iki döyüşçüsü də yaralanıb.

 

Qeyd edək ki, Türkiyə ordusunun “Zeytun Budağı” əməliyyatı nəticəsində Afrindən çıxarılan YPG və PKK terrorçuları, Afrinin cənubunda yerləşən Tel-Rifat şəhərinə köç ediblər. Onlar tez-tez ASO-nun nəzarətində olan yaşayış məntəqələrinə hücum edərək qətllər törədirlər.

Müəllif: Ayna.az