“Kansler qaz kəmərinin mümkün bərpasının mahiyyəti ilə bağlı istənilən daxili müzakirələri yatırtmağa çalışır"
Almaniya kansleri Fridrix Merz Rusiya və ABŞ arasında əməkdaşlığa mane olmaq üçün Avropa İttifaqının (Aİ) “Şimal axını” qaz kəmərlərinə tətbiq etdiyi sanksiyaları fəal şəkildə dəstəkləyir. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrinə istinadən məlumat yayıb.
"Merz ABŞ və Rusiyanın qaz əlaqələrini yeniləmək cəhdlərini dayandırmaq məqsədilə Aİ-nin "Şimal axını"na təklif etdiyi qadağanı fəal şəkildə dəstəkləyir. Kansler qaz kəmərinin mümkün bərpasının mahiyyəti ilə bağlı istənilən daxili müzakirələri yatırtmağa çalışır", - nəşr müzakirələrlə tanış olan üç adsız məmurdan sitat gətirib.