İsrail Qəzzanı bombalayıb

Dünya

01.11.2019 - 19:36

İki hərbi obyektə havadan və qurudan zərbələr endirilib

 

İsrail ordusu Qəzzada HAMAS-ın (İslam Müqavimət Hərəkatı) iki hərbi nöqtəsinə hava və artilleriya hücumu həyata keçirib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrail, blokadada olan Qəzza zolağından atılan raketə cavab olaraq bu əməliyyatı keçirib.

 

Yerli mənbələr hücum nəticəsində yaralalıların olmadığını vurğulayıb.

Müəllif: Ayna.az