“Sülh və sabitlik region üçün həlledici əhəmiyyət kəsb edir və hər üç ölkə üçün imkanlar açır"
“Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasında və sülh sazişinin imzalanmasında çox maraqlıdır”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Prezidenti Mixail Kavelaşvili deyib.
"Biz münaqişənin sona çatmasında maraqlı tərəflərdən biriyik. Mən hər iki ölkənin başçısına münaqişəni sona çatdırmaq istəyinə görə təşəkkür etmək istərdim. Sülh və sabitlik region üçün həlledici əhəmiyyət kəsb edir və hər üç ölkə üçün imkanlar açır", - deyə Kavelaşvili "İmedi" kanalında bildirib.