Vaşinqton öz qoşunlarını Hind-Sakit okean regionunun digər ərazilərinə və Quam adasına köçürə bilər
ABŞ Cənubi Koreyadan təxminən 4500 əsgərini çıxarmağı planlaşdırır. AYNA.AZ xəbər verir ki, bBu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilib ki, Vaşinqton Cənubi Koreyadan öz qoşunlarını Hind-Sakit okean regionunun digər ərazilərinə, o cümlədən Quam adasına köçürə bilər.
Nəşr qeyd edir ki, belə bir təşəbbüs hələlik baxılmaq üçün ABŞ Prezidenti Donald Trampa təqdim edilməyib və hazırda Ağ Ev administrasiyasının yüksək vəzifəli şəxsləri arasında müzakirə olunur.
Məlumata görə, hazırda Cənubi Koreyada təqribən 28,5 min amerikalı hərbi qulluqçu var.
“The Wall Street Journal” yazır ki, qoşunların yerləşdirilməsi qərarı Vaşinqtonun Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərinə aydınlıq gətirənə qədər təxirə salına bilər.