Ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 137 nəfərə çatıb
Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 6 nəfər yoluxub.
AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 137 nəfərə çatıb.
Məlumata əsasən, son sutka koronavirusdan 2 nəfər sağalıb, sağalanların ümumi sayı 922 nəfər təşkil edir.
Bildirilir ki, koronavirusdan ölənlərin sayı 16 nəfər səviyyəsində qalıb.