İraqdakı nümayişlərə ABŞ da qarışdı

Dünya

07.10.2019 - 17:15

Pompeo buna qarşılıq olaraq İraqa inandığını və təhlükəsizliyin təmin edilməsi üçün əllərindən gələni edəcəklərini vurğulayıb

 

İraqın Baş Naziri Əbdülmehdi ABŞ dövlət katibi Pompeo ilə İraqdakı nümayişlərin son durumunu müzakirə edib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Əbdülmehdi təhlükəsizlik qüvvələrinin ölkədəki vəziyyəti nəzarətdə saxladığını və nümayişçilərin tələblərinə cavab vermək üçün hökumətin islahatlar keçirməyə hazır olduğunu bildirib.

 

Pompeo buna qarşılıq olaraq İraqa inandığını və ABŞ-ın İraqda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

 

Qeyd edək ki, İraqın paytaxtı Bağdad və bir sıra şəhərlərdə oktyabrın 1-dən etibarən “korrupsiya, işsizlik və ictimai cxidmət” çatışmazlığı səbəbi ilə nümayişlərə statrt verilib.

Müəllif: Ayna.az