Hakan Atilla Türkiyəyə qayıdıb

Dünya

24.07.2019 - 22:37

Rəcəb Tayyib Ərdoğan Hakan Atillaya və ailəsinə gözaydınlığı verib

 

İrana qarşı ABŞ-ın ticarət qadağalarını pozmaqda ittiham edilən “Halk Bank”-ın sabiq müdir müavini Hakan Atilla Türkiyəyə qayıdıb. AYNA xəbər verir ki, Hakan Atilla Xəzinə və Maliyyə naziri Bərat Albayraq, Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahid Turhan tərəfindən qarşılanıb.

 

Nazir Berat Albayraq Atillanı qarşıladıqdan sonra, “Çox gözəl gündür. Hakan Atillanın timsalında ölkəmizin güclü, mərd övladlarını görürəm” deyib.

 

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Hakan Atillaya və ailəsinə gözaydınlığı verib.

 

Qeyd edək ki, Hakan Atilla, İran əsilli, türkiyəli biznesmen Rza Zərrabla birlikdə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozaraq İranla ticarət əlaqələri qurmaqda təqsirli bilinib.

Müəllif: Ayna.az