Dünyanın ən yaşlı Prezidenti vəfat edib

Dünya

25.07.2019 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

O, ölkəsinin demokratikləşməsində əvəzsiz rol oynayıb

 

Tunisin demokratik yolla seçilən ilk Prezidenti Əl Beci Xaid Əs-Sibsi 92 yaşında vəfat edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən yaşlı Prezidenti olan Əs-Sibsi dünən hərbi qospitala yerləşdirilib. Və orada dünyasını dəyişib.

 

Fransanın paytaxtı Paris şəhərində hüquq təhsili alan Əs-Sibsi, 2011-ci ildə baş tutan inqilabdan sonra, 2014-cü ildə Prezident seçilib. O, bu ilin noyabr ayında keçiriləcək seçkilərdə namizəd olmayacağını açıqlamışdı.

 

Qeyd edək ki, 2011-ci ildə Baş Nazir vəzifəsindən ayrılan Əs-Sibsi digər müxalifət liderlərini də ətrafına toplayaraq siyasi partiya yaradıb. Zeynal Abidin bin Əlinin devrilməsindən sonra ölkənin demokratikləşməsində əvəzsiz rol oynayıb.

Müəllif: Ayna.az