“Tvitterim yoxdur, Trampın yazdıqlarını da oxumuram” - <font color=red> Putin</font>

Dünya

13.10.2019 - 22:00

Vladimir Putin: "Orada yazılanlar barədə mənə məlumat verilir"

 

Rusiya prezidenti Vladimir Putin Tvitterdə yazılanları oxumur.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu bardə Putin ərəb kanallarına müsahibəsində deyib. O hətta ABŞ prezidenti Donald Trampın da tvitlərini oxumadığını deyib.

 

“Mənim özümün Tvitter hesabım yoxdur. Ancaq orada yazılanlar barədə mənə məlumat verilir. Trampın yazdıqlarını da oxumuram. Bununla belə onun yazdıqları dünya üçün vacibdir”, - deyə Putin qeyd edib.

 

Müəllif: Ayna.az