İran-ABŞ danışıqlarının beşinci raundunda irəliləyiş əldə olunub

Dünya

24.05.2025 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Abbas Əraqçi: “Bu, danışıqların ən peşəkar raundlarından biri idi”

Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı Romada keçirilən danışıqların beşinci raundundan sonra daha geniş anlaşma əldə ediblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, bu, “danışıqların ən peşəkar raundlarından biri” olub. Nazir tərəflərin “bir və ya iki görüşdə” irəliləyiş əldə edə biləcəyinə ümid etdiyini bildirib.

"Bu danışıqlar dövründə Omanın xarici işlər naziri mövcud maneələri aradan qaldıracaq və irəliləyiş əldə edəcək həll yolları təklif etməyə çalışıb", - Əraqçi bildirib.

Nazir deyib ki, danışıqların növbəti raundunun vaxtı və yeri daha sonra müəyyənləşəcək və elan olunacaq.

Omanın xarici işlər nazirinin təklif olunan ideyaların təfərrüatları üzərində işləməyə davam edəcəyi və onları hər iki tərəfə əlavə baxılmaq üçün təqdim edəcəyi gözlənilir.

Omanın xarici işlər naziri Bədr əl-Busaidi Romadakı təmasların nəticələrini şərh edərkən bildirib ki, danışıqlar iştirakçıları yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirməyi gözləyirlər. O Romada irəliləyiş əldə edildiyini söyləyib.

Qeyd edək ki, mayın 23-də Romada İranın nüvə proqramı üzrə Vaşinqton və Tehran arasında danışıqların beşinci raundu keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş