Müsəlman liderin ölüm xəbəri yayılıb, lakin rəsmən təkzib olunur

Dünya

27.06.2019 - 18:36

Mətbuat katibi yayılan iddiaları təkzib edərək, “Prezidentə şəfa dualarınızı gözləyirik” açıqlaması verib

 

Şimali Afrika ölkəsi olan Tunisin Prezidenti Əl-Bəci Qaid əs-Sebsi xəstəxanaya yerləşdirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 93 yaşlı siyasətçinin vəziyyətinin kritik olduğu deyilir.

 

Prezidentin mətbuat katibi Firas Kafraş sosial şəbəkədə yayılan “Sibsi öldü” iddialarını təkzib edib. O, “Prezidentə şəfa dualarınızı gözləyirik” açıqlaması verib.

 

Qeyd edək ki, hazırda Tunis liderinin öldüyü xəbərləri dolaşır. Bəzzi iddialara görə onun ölüm xəbəri bilərəkdən gizli saxlanılır.

 

Xatırladaq ki, Əl-Bəci Qaid əs-Sebsi 2014-cü ildən ölkəyə rəhbərlik edirdi.

Müəllif: Ayna.az