Zelenski Putinə zəng edib

Dünya

26.07.2020 - 19:40

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentlər Rusiya-Ukrayna arasındakı böhranın həllini müzakirə ediblər

 

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə zəng edib. AYNA xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

 

“Ukrayna tərəfinin təşəbbüsü ilə Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı etdi", - deyə məlumatda qeyd olunub. 

 

Məlumatlara görə, Rusiya-Ukrayna arasındakı böhranın həlli məsələsi söhbətin aktual mövzusu olub. Rusiya mətbuatı bildirir ki, Rusiya və Ukrayna rəhbərləri Minsk razılaşmaları çərçivəsində mütəmadi danışıqlar aparmaq qərarına gəliblər. Bundan əlavə, bu sənəddə göstərilən bütün razılaşmalara riayət etməyin vacibliyi vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş