Rusiya XİN rəsmisi ABŞ-a şərt qoydu

Dünya

18.06.2019 - 17:03

Rusiya: ABŞ İran ilə müharibə etmək istəmirsə...

 

ABŞ-la İran arasında həftələrdir davam edən gərgin vəziyyət keçdiyimiz gün Vaşinqtonun Yaxın Şərqə 1000 nəfər əlavə əsgər göndərmək qərarından sonra daha da  gərginləşib.

 

Rusiya Xarici İşlər nazirinin köməkçisi Sergey Ryabkov ABŞ-ın Yaxın Şərqə 1000 əsgər göndərmək planı haqda danışıb. Nazir köməkçisi, “ABŞ İranla müharibə etmək istəmirsə, Yaxın Şərqdəki hərbi qüvvələrini artırmaq niyyətindən daşınmalıdır” – deyə məsələyə fikir bildirib.

 

Ryabkov bölgədəki son hadisələrə münasibət bildirərkən İran hökümətinin uranium zənginləşdirilmə planlarının Moskvanı da narahat etdiyini deyib.

Müəllif: Ayna.az