Külək yanğını söndürməyə mane olub
Kanar adalarında meşə yanğınları başlayıb. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın səbəbindən 5 min nəfər evlərindən evakuasiya edilib. Yanğın 17 avqustdan başlayıb. Meşə yanğınını söndürmək üçün 400 nəfərdən çox insan cəlb edilib.
Həmin ərazidə güclü külək yanğını söndürməyə mane olub.
Qeyd edək ki, bu günə kimi yanğından xəsarət alan olmayıb.