Türkiyə nümayəndə heyəti Suriyaya səfər edib

Dünya

18.10.2019 - 18:24

Səfərin məqsədi mövcud vəziyyəti müzakirə etməkdir

 

Ankara Hava Limanından Suriyanın paytaxtı Dəmənşqə növbəti təyyarə yola düşüb. AYNA Türkiyə mətbuatına əsasən xəbər verir ki, təyyarədə olan türkiyəli nümayəndə heyəti Suriyaya səfər edib.

 

Məlumatda bildirilir ki, səfərin məqsədi Suriyada rəsmi şəxslərlə görüşmək, mövcud vəziyyəti müzakirə etməkdir.

 

O da qeyd olunur ki, 20 oktyabra qədər səlahiyyətli şəxslərin iştirak edəcəyi toplantıda ABŞ və Rusiyanın da rəsmiləri iştirak edəcəklər. İran tərəfinin isə açıq müzakirəyə qoşulmayacağı deyilir.

Müəllif: Ayna.az