Rusiyada son iki ayda ən aşağı yoluxma

Dünya

26.06.2020 - 15:05

Ölkədə son 24 saat ərzində 6 min 800 nəfər koronavirusa yoluxub

 

Rusiyada son 24 saat ərzində 6 min 800 nəfər koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat paylaşıb.

 

Məlumata görə, bu göstərici son 2 ayın ən aşağı səviyyəsi olaraq qeyd edilib. Beləliklə, Rusiyada virusa yoluxanların sayı 620 min 794-ə çatıb.

 

Bununla yanaşı, ölkədə son sutka ərzində 176 nəfər həyatını itirib və ölənlərin ümumi sayı 8 min 781-ə yüksəlib.

Müəllif: Ayna.az