Hazırda sarayın içindədirlər
Yəməndə Cənubi Keçid Şurasının separatçılarının hərbi bölmələri ölkənin iqtisadi paytaxtı olan Aden şəhərində prezident sarayını ələ keçiriblər. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalına Şuranın rəsmi nümayəndəsi Nizar əl-Haysam bildirib.
Onun sözlərinə görə, separatçılar heç bir müqavimətlə üzləşməyiblər və hazırda sarayın içərisindədirlər. O bildirib ki, cənublular "qanunun aliliyinə qarşı deyil” və bütün siyasi fraksiyalarla dialoqa sadiqdirlər, bircə prezident Abd Rabbo Mansur Hadiyə “mənfi təsir göstərən” “Əl-İslah” partiyasından başqa. Yəmən prezidentinin özü isə hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır.
Yəmən XİN rəhbərinin müavini Məhəmməd əl-Xadrami Adendə baş verən insidenti çevriliş adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Yəmənin müdafiə naziri və baş qərargah rəisi ordunun prezidentin tərəfində olduğunu açıqlamışdı.