Axtarışda olan 153 nəfər saxlanılıb

Xəbərlər

24.05.2025 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Mayın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşlarının mayın 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş