İran kosmik mərkəzində gəmi partlayıb

Dünya

30.08.2019 - 09:15

Həkimlər Klinikalar SEO Xidməti

Qara tüstüləri görmək mümkündür

 

İranda kosmik mərkəzin buraxılış meydançasında raket partlayıb. AYNA "Report"-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

 

Peyk görüntülərinə görə, partlayış Semnan əyalətində yerləşən kosmodromun buraxılış meydançasında baş verib. Fotoşəkillərdə raket qalıqlarını, həmçinin qara tüstüləri görmək mümkündür.

 

Qeyd olunub ki, İran “Nahid 1” peykinin fəzaya buraxılışı üçün hazırlıqlar görürdü. Hadisənin "Nahid 1" peyki ilə əlaqəli olub-olmadığı barədə məlumat yoxdur. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş