“ABŞ və Ukrayna indi bərabərhüquqlu tərəfdaşdırlar”
Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə sazişin bir hissəsi olan ABŞ-Ukrayna İnvestisiya Fondunun yaradılması üçün lazımi prosedurları başa çatdırıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat Nazirliyindən bildirilib.
"Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Julie S. Devisdən müvafiq nota alıb. İndi Amerika-Ukrayna İnvestisiya Fondu fəaliyyətə başlayıb", - deyə məlumatda qeyd edilib.
Sviridenko bildirib ki, Ukrayna indi “ABŞ və Ukraynanın bərabərhüquqlu tərəfdaş olduqları, dövlətimizin bərpasına və inkişafına birgə sərmayə qoyan gələcəyə yönəlmiş sazişə malikdir”.