Fransa Suriyadakı əsgərlərini geri çəkir

Dünya

14.10.2019 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyəyə, “əsgərlərini çək” deyərək dünyanı ayağa qaldıran Fransa əsgərlərini geri çəkir

 

Türkiyənin Suriyanın şimal-şərqindəki terror ünsürlərinə qarşı reallaşdırdığı “Sülh çeşməsi” (Barış Pınarı) Hərəkatına qarşı çıxan Fransa kritik qərar verib.  AYNA xarici mediaya istinadən xəbər verir ki, Paris rəhbərliyi bölgədə xidmə edən əsgərlərinin təhlükəsizliyi üçün bəzi tədbirlər alacağını açıqlayıb.

 

Prezident Emmanuel Makron dünən axşam Almaniya Kansleri Angela Merkellə Elysee Təhlükəsizlik Şurası Sarayındakı yığıncaqdan dərhal sonra Təhlükəsizlik və Müdafiə Şurasının qərarları ilə bağlı Elysee sarayından axşam saatlarında açıqlama verilib.

 

Əməliyyata bağlı qınaq və hərəkatın dayandırılması ilə bağlıTürkiyəyə çağırış edilən açıqlamada Fransanın nə kimi tədbirlər görəcəyi və əsgərlərini necə qoruyacağı ifadə edilməyib.

 

Ancaq bir fransız diplomatik qaynaq keçən axşam “Reuters”ə açıqlamasında bildirib ki, Fransa ordusu bölgədən xüsusi təyinatlılarını çıxarmağa hazırlaşır.

 

Fransanın xarici işlər naziri Jan-İv Le Drian da Lüksemburqda ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının təcili iclasını çağırıb.

 

Terror təşkilatı PKK-nın Suriyadakı uzantısı YGP-nin əsas dayağı olan Suriya Demokratik Qüvvələri sıralarında bir neçə yüz fransız əsgərinin olduğu bildirilir.

Müəllif: Ayna.az