Ukrayna Silahlı Qüvvələrinin 307 əsiri Kiyevə təhvil verilib
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 307 Rusiya hərbçisi geri qaytarılıb.
Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 əsiri Kiyevə təhvil verilib.
Bildirilib ki, Moskvanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı mübadilə davam etdiriləcək.