Avropada göydən qaçqın “yağır”

Dünya

18.10.2019 - 20:37

Həkimlər Klinikalar SEO Xidməti

Göydən düşən qaçqının şəxsiyyəti müəyyən olunmayıb

 

30 iyun 2019-cu ildə Londonun cənub bölgəsində - Hitrou Hava Limanına giriş yolunun yaxınlığında göydən bir nəfər düşüb. O, sığınacaq axtarmaq üçün gələn şəxs olub və bağında dincələn Con Baldokdan bir metr aralıya düşüb. AYNA xəbər verir ki, www.germania.one saytının paylaşdığı məlumatda belə deyilir.

 

Polis ciddi səy və araşdırmadan sonra Keniya Airways hava yolundan düşən bu şəxsin sığınacaq axtaran şəxs olmasını müəyyən edib. Polis onun fotosunu yenidən yaratmağa da müvəffəq olub.

 

İstintaq göydən düşən adamın açıq-aydın bir keniyalı qaçqın olduğunu bildirir. Məlumata görə, o, Nayrobidən uçan təyyarənin eniş qurğusundan, təxminən 1000 metr yüksəklikdən yıxılıb.

 

Şahid də bildirib ki, göydən düşən şəxs geyinmiş formada olub, amma yıxıldığı üçün tanınmaz hala düşüb. Polisin dediyinə görə, qurban yıxılmazdan əvvəl ölübmüş. Göydən düşən qaçqının şəxsiyyəti hələ də müəyyən olunmayıb.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət