Danimarka baş nazirindən Angela Merkelə jest - <font color=red> VİDEO</font>

Dünya

12.07.2019 - 01:52

 

Almaniya baş naziri Angela Merkelə qarşı Danimarka baş naziri həssas addım atıb

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Angela Merkel və Danimarkanın Baş naziri Mette Frederiksen arasında Berlində baş tutan görüş zamanı, xanım kanslerin titrəməməsi üçün maraqlı yola əl atılıb. Hər iki baş nazir qarşılama tədbirini ayaqüstə yox, onlara gətirilən stullarda əyləşərək izləyiblər.

 

Son həftələrdə rəsmi görüşlər zamanı Merkelin bədənində baş verən titrəmələr onun səhhətində ciddi problemlər olmasına dair müxtəlif müzakirələr yaradıb.

 

Xatırladaq ki, bundan öncə Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenski, Finlandiya Baş naziri Annti Rinne ilə rəsmi görüşlər zamanı titrəmə atakları ilə dünya mediasının diqqətini çəkib.

 

 

Müəllif: Ayna.az