Rusiyaya məxsus helikopter qəzaya uğradı

Dünya

30.07.2019 - 00:29

5 nəfərin qəzada yüngül xəsarətlərlə sağ qaldığı bildirilir
 
Rusiyaya məxsus Mi-26 helikopteri Yakutsk vilayətinə təcili eniş zamanı qəzaya uğrayıb. AYNA ordu.az-a  istinadən xəbər verir ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Sərhəd Mühafizəsinə aid helikopter mümkün texniki nasazlıq səbəbiylə Megino-Kangalasski ərazisindəki boş bir yerə sərt eniş edib və quyruq rotoru sıradan çıxıb. 
 
Helikopterdə 5 nəfərin olduğu və qəzada yüngül xəsarətlərlə sağ qaldığı bildirilir. 
 
Helikopterin Lena çayı yaxınlığındakı hava limanından qalxdıqdan təxminən 10 dəqiqə sonra sərt eniş etdiyi qeyd olunur. 
 
Qəza ilə əlaqədar səlahiyyətlilər tərəfindən araşdırma başlanıb.
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə