COVID-19 səbəbindən bir neçə ölkənin vətəndaşı Cənubi Koreya sərhədində ciddi yoxlanılır
Cənubi Koreya ölkəyə gələn rusları sərhədi keçərkən ciddi yoxlayır. AYNA xarici mətbuata istinadən bildirir ki, koronavirus səbəbindən ölkənin limanlarına gələn bütün gəmilərdə yoxlamalar ciddiləşib. Bəzi ölkələrin vətəndaşlarına qarşı isə yoxlama daha ciddi aparılır.
Artıq Banqladeş, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Filippin vətəndaşlarına tətbiq edilən ciddi yoxlama Rusiya vətəndaşlarına da şamil olunub.
Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bu qərarın Rusiya gəmilərində yoluxanların sayının artması ilə əlaqəli olduğunu qeyd edib. Xüsusilə, son 24 saat ərzində Rusiyadan ən azı 32 COVID-19-a yoluxmuş dənizçi Busan limanına gəlib. Gəmidə olan digər 62 nəfərdə koronavirus aşkarlanmayıb.
Son məlumatlara görə, Rusiyada 800 mindən çox insan koronavirusa yoluxub. Sağalanların ümumi sayı 589 minə yaxınlaşıb. 199 min insan virusun aktiv daşıyıcısı olaraq qalır.
Cənubi Koreyada isə 13 min 900 yoluxma qeydə alınıb. 298 nəfər COVID-19 xəstəliyinin yaratdığı fəsadlardan ölüb.