Məhəmməd Cavad Zərif Ağ Evin xəbərdarlığına belə reaksiya verib: “Doğurdan?”
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, ABŞ-ın zənginləşdirilmiş uranla bağlı xəbərdarlığına bir sözlə cavab verib.
Belə ki, İranın zənginləşdirilmiş uran limitini artıracağı ilə bağlı qərarı ABŞ-ın sərt reaksiyasına səbəb olub. Ağ Evdən yayılan açıqlamada Tehranın zənginləşdirilmiş uran limitini keçməsinin qarşısının alınacağı bildirilib.
Zərif isə, şəxsi “Twitter” hesabında Ağ Evin açıqlamasına belə reaksiya verib: “Doğurdan?”.
Xatırladaq ki, İran hökuməti zənginləşdirilmiş uran limiti ilə bağlı dəyişiklik etdiyini, bu limitin 300 kq-dan daha çox olacağını açıqlayıb. Bundan sonra ABŞ rəhbərliyindən qərara sərt reaksiya verilib.