Təslim olan PKK-çılar HDP-ni "ələ verdilər"

Dünya

27.09.2019 - 18:45

"HDP kürd xalqına qarşı böyük xəyanət edir”

 

Türkiyədə PKK-ya üzv olan iki terrorist Diyarbəkir polisinə təslim olub. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular Xalqların Demokratik Partiyası (HDP) vasitəsi ilə PKK-ya üzv olduqlarını açıqlayıblar.

 

HDP üzvü olan sevgilisinin istəyi ilə terror təşkilatına qoşulduğunu bildirən terrorçu, HDP üzvləri tərəfindən təşkilata təslim edildiyini və qarşılığında HDP-dən 15 min Türk lirəsi aldığını etiraf edib.

 

Terrorçu, HDP-nin PKK ilə əlbir olduğuna şahid olduğunu deyib: “HDP əsl simasını gizlədərək, əslində, gəncləri aldatmaqla məşğuldur. Günahsız və kasıb insanların uşaqlarından pul qarşılığında istifadə edirlər. Düşünürəm ki, HDP kürd xalqına qarşı böyük xəyanət edir”.

Müəllif: Ayna.az