ÜST koronavirusa görə Çinə ekspertlər göndərir

Dünya

30.06.2020 - 02:35

Ekspertlər gələn həftə Çinə yola düşəcək

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun meydana gəlməsinin səbəblərini aradşırmaq üçün ekspertlər qrupunu Çinə göndərəcək.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. O qeyd edib ki, ekspertlər gələn həftə Çinə yola düşəcək.

 

“Biz bu virusun necə yayıldığını öyrənməklə ona qarşı daha yaxşı mübarizə apara bilərik”, - deyə ÜST sədri söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş