Tramp yenə Türkiyəni hədələdi

Dünya

10.10.2019 - 01:45

Həkimlər Klinikalar SEO Xidməti

Donald Tramp: “Mən sanksiyalardan da güclü addımlar atacam”

 

Türkiyə Suriyada hərbi əməliyyatlara başladıqdan sonra ABŞ prezidenti Donald Tramp növbəti dəfə hədələyici sözlər işlədib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp Türkiyəni sanksiyalardan da sərt cəzaların gözlədiyini deyib. Onun sözlərinə görə, ABŞ hərbi əməliyyatlara görə rəsmi Ankaraya qarşı sərt tədbirlər görəcək.

 

“Mən sanksiyalardan da güclü addımlar atacam”, - deyə Tramp bildirib.

 

Xatırladaq ki, Donald Tramp daha əvvəl Türkiyə iqtisadiyyatını məhv etməklə hədələmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş