Almaniyanı miqrant qorxusu bürüyüb

Dünya

05.11.2019 - 12:52

Yaxın 20 ildə ölkənin hər üçüncü sakini qaçqın olacaq

 

Yaxın 20 il ərzində Almaniyanın hər üçüncü sakini miqrant olacaq. Miqrasiya mütəxəssislərinin fikrincə, 2040-cı ilə qədər Almaniya sakinlərinin üçdə biri xarici əsilli olacaq. Bu barədə AYNA-ya “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyevin məlumat verib.

 

“Miqrasiya üzrə almaniyalı mütəxəssis Herbert Brukerə görə, 2040-cı ilə qədər Almaniya əhalisinin, təxminən 35 faizini miqrant əsilli və ya miqrant olan şəxslər təşkil edəcək.  Federal Məşğulluq Tədqiqatları İnstitutunun (IAB) miqrasiya tədqiqatları şöbəsinin müdiri olan bu cənab, 4 noyabr bazar ertəsi günü “Welt” qəzetinə verdiyi müsahibədə belə deyib. O, bildirib ki, hazırda Almaniyada insanların dörddə biri köçkün mənşəlidir, 20 ildə bu rəqəm, ən az 35 faiz olacaq”, - deyə Ə.Əliyev vurğulayıb.

Ayna.az