Ərdoğan"/>

"Biz terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək" - <font color=red> Ərdoğan</font>

Dünya

18.10.2019 - 05:38

Ərdoğan Trampın "Twitter"dəki səhifəsində paylaşımını şərh edib

 

"Türkiyənin və ABŞ-ın birgə səyləri Yaxın Şərq regionunda sülh və sabitliyin qurulmasına imkan yaradacaq".

 

AYNA xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın "Twitter"dəki səhifəsində paylaşımını şərh edərkən deyib.

 

"Cənab prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək", - deyə Türkiyə lideri yazıb.

 

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana Suriyada hərbi əməliyyatın dayandırılması ilə bağlı təşəkkür edib. ABŞ prezienti Türkiyə rəhbərinə minnətdarlığını özünün "Twitter"dəki səhifəsində bildirib.

 

Müəllif: Ayna.az