İsrail ordusu Suriyanın cənubuna havadan zərbələr endirib
İsrail ordusu Suriyadakı Bəşər Əsəd rejiminə aid hədəflərə havadan zərbələr endirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, ordudan verilən açıqlamaya görə, Suriyadan İsrail tərəfə atılan hərbi-sursat səbəbi ilə Suriyanın cənubunda Əsəd rejimi ordusuna aid hədəflər havadan hücuma məruz qalıb. Açıqlamada Əsəd rejiminin məsuliyyət daşıdığı və İsrailin suverenliyinə qarşı hər hansı addım atılarsa, cavab veriləcəyi deyilib.
Digər tərəfdən də Əsəd rejiminin Əl-Əhbar televiziya kanalının bölgədəki müxbirinin verdiyi xəbərdə Kuneytra vilayətinin şimalındakı Hadar şəhəri yaxınlığından bomba səsləri eşidildiyi deyilib. İsrail ordusu Suriyanın İsraillə sərhəddində partlayış olduğunu açıqlayıb. Partlayış nəticəsində İsrail tərəfdə bir ev və maşına ziyan dəydiyi bildirilib.