Məşqçi öyrətdiyi qızlara təcavüz edib

Dünya

03.07.2019 - 23:50

Məhkəmənin qərarı ilə o, 35 il müddətinə həbs cəzası alıb

 

Türkiyənin Əskişəhər şəhərində “Oryentrinq” (səmti müəyyənetmə) yarışı zamanı təcavüz hadisəsi baş verib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 qız öz məşqçiləri tərəfindən zorlanıb.

 

Hadisə fərqli tarixlərdə baş verib. Qızların ailələri polisə məlumat verib. Məhkəmənin qərarı ilə məşqçi ümumilikdə 35 il (qızlardan birinə görə 10 il, digərlərinin hər birinə görə 12 il 6 ay) müddətinə həbs cəzası alıb.

Müəllif: Ayna.az