Rusiya Prezidenti Vladimir Putinin üç illik fasilədən sonra Ermənistana səfəri zaman iki ölkə arasında əsən soyuq yellər obyektivlərdən yan keçməyib
AYNA oxu.az-a istinadən xəbər verir ki, V.Putinin Avrasiya İqtisadi Birliyinin ali iclasında iştirak etmək üçün getdiyi Ermənistana səfəri başdan sona qədər gərgin ab-havada keçib. Prezidentin təyyarəsi iclasa sadəcə üç dəqiqə qalmış Yerevana enərkən bütün ziyarət müddəti isə sadəcə bir neçə saatdan ibarət olub.
Səfərdən əvvəl Paşinyan hökuməti tərəfindən həbs edilən Ermənistanın eks-prezidenti Robert Koçaryanın sərbəst buraxılması tələbi yerinə yetirilməyən Putinin buna rəğmən Koçaryanın arvadı ilə Rusiya səfirliyində görüşməsi də diqqətçəkən məqamlardan biri olub.
İki ölkə arasındakı gərginliyin səbəblərindən biri də təbii qazla əlaqəlidir. Belə ki, Rusiya Ermənistana satdığı qazın qiymətini ötən il artırsa da, yerli mətbuata görə, növbəti 30%-lik artım da yoldadır.
Rusiya və Ermənistan arasındakı son bir neçə ildir davam edən gərginliyi şərh edən beynəlxalq politoloqlar son səfərdə bu gərginliyin çox hiss edildiyini və Putinin məsafəli davranışlarının da bunu bir daha sübut etdiyini bildiriblər.
Bundan əlavə, toplantıdan öncə verilmiş provokativ sual da gərginliyi pik həddə çatdırıb.
Belə ki, Putin və digər dövlət başçıları iclasın keçiriləcəyi binaya daxil olarkən Gürcüstanın “Rustavi-2” kanalının qadın müxbirlərindən biri dövlət başçısına “Rusiya sözündə nə vaxt duracaq? Əsgərlərinizi işğal olunmuş Abxaziya və Osetiyadan nə vaxt çəkəcəksiniz?” sualını verib.
O isə geri dönüb və əlini ağzına qoyaraq belə cavab verib: “Rusiya həmişə öz mükələffiyətlərini yerinə yetirib”.
Putin bir neçə saat davam edən Yerevan ziyarətinin ardından Paşinyan tərəfindən təyyarəyə qədər ötürülüb.
Ayrılarkən Paşinyanın onu qucaqlamasına baxmayaraq, Rusiya prezidentinin soyuq tövürləri diqqətlərdən yayınmayıb.