Döyüş təyyarələri havada toqquşdu – <font color=red> SON DƏQİQƏ</font>

Dünya

24.06.2019 - 17:48

Həkimlər Klinikalar SEO Xidməti

Almaniyanın şimalında iki qırıcı təyyarə qəzaya uğrayıb

 

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə havada toqquşub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Almaniyanın şimalında yerləşən Malkov şəhərinin səmasında baş verib.

Qəzaya uğrayan təyyarələrin “Eurofighter” qırıcıları olduğu bildirilir. Qeyd edilir ki, pilotlar son anda özlərini təyyarələrdən atmağı bacarıblar.

 

Hadisə barədə mərkəzə üçüncü bir qırıcının pilotu məlumat verib. Qəzanın ardından pilotların paraşütləri açılıb. Ancaq hələ ki, pilotların yeri müəyyən olunmayıb.

Ayna.az