Qazaxıstanda COVID-19 tüğyan edir

Dünya

20.07.2020 - 15:41

Həkimlər Klinikalar SEO Xidməti

Bir həftə ərzində 210 nəfər koronavirusdan ölüb

 

Qazaxıstanda ötən gün 1499 koronavirus infeksiyasına yoluxma qeydə alınıb. AYNA xarici mediaya istinadən bildirir ki, COVID-19-a yoluxma hallarının əksəriyyəti paytaxt Nur-Sultanda, Almatıda, Qaraqanda vilayətində və Atrau bölgəsindədir.

 

Bu ölkədə bir həftə ərzində 210 nəfər koronavirusdan ölüb. Səhiyyə Nazirliyinin Milli Sağlamlıq Mərkəzinin məlumatına görə, bu günə qədər ümumilikdə, ölkədə koronavirus səbəbindən 585 nəfər dünyasını dəyişib.

 

Xatırladaq ki, iyulun 17-də Qazaxıstanın Səhiyyə naziri respublikada koronavirusdan ölənlərin sayının 464 nəfərə çatdığını bildirmişdi. Beləliklə, respublikada üç gün ərzində koronavirus daha 121 nəfərin ölümünə səbəb oldu.

 

Qeyd edək ki, ümumilikdə ölkədə 71 min 838 nəfər koronavirusa yoluxub. Bunlardan 43 min 401 nəfəri sağalıb, 585 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş