ABŞ Ukraynaya hərbi yardımı bərpa etdi

Dünya

12.09.2019 - 23:45

Vəsait Ukraynanın təhlükəsizliyi məsələlərinə xərclənəcək

 

ABŞ Ukraynaya hərbi yardımı bərpa edib. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasından bildirilib.

 

Dövlət departamenti xətti ilə 140 milyon dollar, Pentaqon xətti ilə isə 250 milyon dollar yardım ayrılıb. Vəsait Ukraynanın təhlükəsizliyi məsələlərinə xərclənəcək.


Bundan başqa, ABŞ Ukraynanın özünümüdafiə sahəsindəki islahatlarına da dəstək olacaq.

Müəllif: Ayna.az