“Məhəmməd Cavad Zərif istefa verməlidir”

Dünya

02.10.2019 - 11:56

Mayk Pompeo: “Dünya nə üçün iranlı nazirə əhəmiyyət verir?”

 

ABŞ dövlət katibi Mayk Pompeo İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi yalan danışmaqda və vədinə xilaf çıxmaqda ittiham edib.

 

AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Pompeo “Zərif “Adrian Daria 1” neft tankerinin Suriya ərazisinə daxil olmayacağı ilə bağlı vədlər versə də, vədinə əməl etmədi”, - açıqlamasını verib.

 

Amerikalı diplomat CBS News kanalına müsahibəsində iranlı həmkarını istefaya çağırıb: “Dünya nə üçün İranın Xarici İşlər nazirinə əhəmiyyət verir? Zərifin xarici siyasətə heç bir dəxli yoxdur. O, həmişə yalan danışıb və artıq istefa verməlidir”.

 

Qeyd edək ki, İrana məxsus “Adrian Daria 1” neft tankeri keçən ayın əvvəlində Suriya sahillərinə daxil olmuş və Suriyanın Tartous limanına neft daşıyarkən görüntülənmişdi.

Müəllif: Ayna.az