Türkiyənin Tunceli vilayətinin Ovacık qəsəbəsində bölücü terror qruplaşmasının əraziyə yerləşdirdiyi bombanın partlaması nəticəsində həyatını itirən iki azyaşlı uşaq bu gün dəfn edilib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bacı-qardaş olan 4 yaşlı Nupelda Güloğlu və 8 yaşlı Ayaz Güloğlu Çakmalı kənd məzarlığında torpağa tapşırılıb.
Vida mərasimində uşaqların tabutuna sarılıb ağlayan yaxınları hamını göz yaşına boğub. Qeyd edək ki, vida mərasimində dövlət nümayəndləri və şəhər sakinləri iştirak edib.