OPEK ölkələri avqustun 1-dən etibarən istehsalı artıracaq

Dünya

02.07.2020 - 18:32

Həkimlər Klinikalar SEO Xidməti

Novak: “Vəziyyətə və texniki məlumatlara baxacağıq”

 

OPEK razılaşmasının mövcud kəsilmə kvotaları ilə uzadılması barədə qərar yoxdur. AYNA xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

 

“Mövcud razılaşmaya görə, tərəfdaş ölkələrin istehsalı avqustun 1-dən etibarən artacaq”, - deyə Novak vurğulayıb.

 

Novak gündəlik 9.7 milyon barelin kəsilməsinin iyul ayının sonuna qədər etibarlı olduğunu xatırladıb: “İyuldan sonra bu məbləğin azaldılması ilə razılaşmanın uzadılması barədə qərar qəbul edilməyib. Mövcud razılaşmaya əsasən, avqustun 1-dən etibarən ölkələrin istehsalı artıracaq”.

 

“Vəziyyətə və texniki məlumatlara baxacağıq. Bundan sonra OPEC Texniki Komitənin icrası ilə bağlı qiymətləndirmə və məsləhətləşmə aparacaq”, nazir əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş